29 C
Bakı
14 Avqust 2025 11:46
Dünya

Keçilərin səsinə oyanan ailə evdə dəhşət yaşadı — FOTO

Hindistanda evin içində timsahlarla qarşılaşan ailə dəhşətə gəlib.

İHA-ya istinadən xəbər verir ki, hadisə İftar Pardeş əyalətinin Etavah bölgəsində baş verib.

Caitia kəndində gecəyarı keçilərin səsinə oyanan ailə evin içərisindəki 2,5 metr uzunluğundaki timsahı görəndə dəhşətə gəlib.

Əldə olunan məlumata görə, ailənin atası Sinq ətrafa baxarkən dəhşətə gəlib.

O, evdə timsahın gəzdiyini görüb. Onu təkbaşına bacara bilməyəcəyini anlayan kişi polisə xəbər verib.

Hadisə yerinə gələn polis əməkdaşları uzun mübarizədən sonra timsahı nəzarət altına ala biliblər.

Yerli mediaya açıqlama verən Sinq bunları deyib:

“Gecə keçilərin mələyən səsinə oyandıq. Evdə gəzdiyimiz zaman timsahı tapdıq. Onun haradan gəldiyi və ya necə içəri girdiyi barədə heç bir məlumatımız yoxdur”. (Demokrat.az)

Tacxeber.com

Oxşar xəbərlər

Zaporojye AES-in bloklarının birində yanğın başlayıb.

admin

Azərbaycan bütün dünyanı “COP atəşkəsinə” dəvət edir

redaktor

Serbiya prezidenti Vuçiçin iqamətgahında BOMBA HƏYƏCANI – VİDEO

redaktor