15 C
Bakı
29 Mart 2026 16:47
DünyaGündəm

Şəhid Səbuhi Əhmədovun adı gəmiyə verilir

Bu şəhidimizi xüsusi təqdim etməyə ehtiyac duymuram, çünki Səbuhini tanımayan insan yoxdur. Səbuhi və Sənan Əhmədov qardaşları uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və Uşaq evində böyüyüblər.

Tacxeber.com Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Palmali Şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov deyib.

İş adamı bildirib ki, Səbuhi Əhmədov 2020-ci ildə Vətən müharibəsində əvvəldən sona qədər qəhrəmancasına savaşıb:

“Cəsur döyüşçü medalı ilə təltif edilib. 2022-ci ilin sentyabrın 12-13-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Bu gün mən şəhidin yeganə ailə üzvü olan qardaşı Sənana zəng etdim və gəmiyə onun qardaşı Səbuhi Əhmədovun adının verilməsi xəbərini verdim, qardaşı Sənandan xeyir dua aldım”.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın 200 min dollarlıq dronu 400 milyon dollarlıq sualtı qayığı məhv etdi

admin

Erkən qocalma sindromundan əziyyət çəkən ən məşhur insan vəfat etdi – FOTO

redaktor

Hava şəraiti kəskin dəyişəcək, qar yağacaq – XƏBƏRDARLIQ

redaktor