16 C
Bakı
27 Sentyabr 2025 02:04
Gündəm

Ermənistanla İordaniya arasında silah müqaviləsi qalmaqala səbəb olub

2022/11/1667401869.jpg

 Ermənistan İordaniyanın “Jadara Equipment & Defence Systems Co” şirkəti silah sifarişinə dair müqaviləni ləğv edib.

Ermənistan Müdafiə Nazirliyi şirkətin sifarişi vaxtında yerinə yetirmədiyini bildirib.
Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın məsələ ilə bağlı müvafiq məktubu Maliyyə Nazirliyinin saytına yerləşdirilib.
Məktubda Ermənistan tərəfinin 2021-ci il avqustun 6-da “Jadara Equipment & Defence Systems Co” şirkəti ilə silah alınmasına dair müqavilə imzaladığı, sifarişin həmin il icra edilməli olduğu qeyd edilib.
Amma sazişin bu günə qədər icra olunmamasına görə, Nazirlik təktərəfli qaydada pozub. Bundan başqa, İordaniya şirkəti 57,5 min dollar dəyərində cərimə ödəməlidir.
Ermənistan tərəfinin müqavilə ilə İordaniyadan “Nashab” tank əleyhinə qumbaaratanlar sifariş verdiyi ehtimal olunur. (Ordu.az)
Tacxeber.com

Oxşar xəbərlər

Bu gün DÇ-2022 də 4 oyun keçiriləcək

admin

Leyla Yunus: “Əfv siyasi məhbus problemini həll etmir, 2-3 nəfəri buraxırlar, 5-10 nəfəri həbs edirlər”

admin

Xaçmazda meşədə “plantasiya” aşkarlandı, bir tondan çox narkotik vasitə dövriyyədən çıxarıldı – VİDEO

admin