24 C
Bakı
22 İyun 2025 11:31
Dünya

Vəliyevdən sentyabr döyüşləri ilə bağlı – Açıqlama

Sentyabr döyüşləri Azərbaycan Ordusunun düşmən üzərində hərbi üstünlüyünü bir qədər də artırdı.

Tacxeber.com Report-a istinadən xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “Vətən müharibəsi: 44 günlük zəfər salnaməsi” mövzusunda respublika elmi-praktik konfransda çıxışında deyib.

“2021-ci və 2022-ci illərdə, o cümlədən cari ilin sentyabr ayında baş vermiş döyüş toqquşmaları zamanı əldə edilən uğurlar postmüharibə dövründə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların düzgün istiqamətə yönəldiyini sübut etdi. Döyüş əməliyyatlarında Azərbaycan Ordusu Ermənistanın hərbi infrastrukturuna ciddi zərbə vuraraq düşmən üzərində hərbi üstünlüyünü bir qədər də artırdı”, – Baş Qərargah rəisi vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanın sərhəddəki təxribat zamanı verdiyi hərbi itkilər – Açıqlandı

admin

Putindən Makrona XATIRLATMA: “Bəziləri Napoleonun işğallarının necə sonlandığını unudub” – VİDEO

redaktor

Türkiyədə silahlı robot itlər xidmətə hazırlanır – FOTO

redaktor