20 C
Bakı
22 İyun 2025 04:04
Toplum

Solovyovdan şok: Ərdoğana qarşı sui-qəsd planı var

“Rossiya 1” telekanalının efirində yayımlanan “Solovyovla axşam” tok-şousu zamanı ekspertlər Rusiya ilə Türkiyənin tərəfdaşlığı barədə fikir mübadiləsi aparıb.

Tacxeber.com xəbər verir ki, qonaqlardan biri – Rusiya Strateji Kommunikasiya Mərkəzinin direktoru Dmitri Abzalov Ankaranın Moskva üçün çox vacib tərəfdaş olduğunu bildirib.

“Ərdoğan bir çox məqamlarda NATO və ABŞ-ın planlarına qarşı çıxaraq ədalət tərəfində olur”, – deyə o qeyd edib.

Bu zaman verlişin aparıcısı Vladimir Solovyov onun sözünü kəsərək deyib:

“Amma bizdə belə bir əminlik yoxdur ki, Ərdoğan 1 ildən sonra sağ-salamat olacaq. Ona qarşı artıq bir dəfə sui-qəsd təşkil olunub (15 İyul hadisələri nəzərdə tutulur – red.). Belə bir şey yenidən ola bilər. Bu, Amerikanın məkrli planıdır. Onu aradan götürmək üçün avtomobili partladıla və yaxud hər hansı bir qiyam maliyyələşdirilə bilər”.

Tacxeber.com

Oxşar xəbərlər

İranlı ekspertdən Naxçıvanla bağlı təxribatçı paylaşım…

redaktor

Rövnəq Abdullayev Parisə niyə getməyib?

redaktor

İlham Əliyev kraliçanın vəfatı ilə bağlı başsağlığı verdi

redaktor