Dünya

Rusiya “taxıl dəhlizi“ni bərpa etdi – Bəyanat

Rusiya “taxıl dəhlizi“ni bərpa etdi - BəyanatRusiya Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişin icrasını bərpa edir.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, BMT və Türkiyənin iştirakı sayəsində Ukraynadan “taxıl dəhlizi”nin Kiyev tərəfindən Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə olunmayacağına dair yazılı təminatlar alınıb:

“Rusiya Federasiyası hesab edir ki, hazırda alınan zəmanətlər kifayət qədərdir və sazişin – Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsünün (“Qara dəniz təşəbbüsü”) icrasını bərpa edir”.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva “taxıl müqaviləsi”nin taleyi ilə bağlı Ankara ilə təmasları davam etdirir.

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan daha bir sərt plan: Xarici filmlərə 100 faizlik rüsum

redaktor

ŞOK – Milli Məclisin deputatı Rusiyadan aeroportunda saxlanılıb və deport edildi.

admin

63 yaşlı Xalq artisti dil öyrənmək üçün Londona getdi – VİDEO

redaktor