24 C
Bakı
23 İyun 2025 09:53
Cəmiyyət

İrana işləyən Orxan israilli milyarderə də sui-qəsd təşkil edibmiş

İrana işləyən Orxan israilli milyarderə də sui-qəsd təşkil edibmiş

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İran kəşfiyyatının nəzarəti altında yaradılmış şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda adı çəkilən Əsədov Orxan Fərman oğlu barəsində daha əvvəl də məlumatların yayılması məlum olub.

Tacxeber.comxəbər verir ki, İran xüsusi xidmət orqanları tərəfindən təlimlərə cəlb edənlərdən biri olan O.Əsədov ötən il üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.

Belə ki, Orxan Əsədov Kiprdə israilli milyarder Tedi Saqi də daxil olmaqla bir sıra yəhudi biznesmenlərə sui-qəsd təşkil etməkdə təqsirli bilinir. Onun 2021-ci ilin sentyabrında Kiprdə sui-qəsd planlarını icra etməyə çalışarkən saxlanıldığı qeyd olunur.

Həmin zaman istər İsrail mətbuatında, istərsə də dünyanın digər media orqanlarında Orxan Əsədovun məhz İran xüsusi xidmət orqanlarının təlimatı əsasında hərəkət etdiyi yazılırdı.

Məlumatlara əsasən, Rusiya pasportu daşıyan Orxan Əsədov Moskvada yaşayıb və orada xırda ticarətlə məşğul olub. Orxan Əsədov Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” cəmiyyətinin üzvüdür.

Xatırladaq ki, Orxan Əsədov saxlanıldıqdan sonra onunla əlbir olan digərləri müəyyən edilib və həbs olunublar.

Açıq internet mənbələrində olan ən son məlumatlara əsasən, Orxan Əsədov Nikosiya məhkəməsi tərəfindən mühakimə edilir.

Tacxeber.com

Oxşar xəbərlər

Bir neçə ay sonra şəhərdə “dəli kimi” hərəkətlər edən insanlar peyda olacaq – ŞOK VİDEO

redaktor

Ovucdakı xətlər nədən xəbər verir?

redaktor

Rusiyadan Bəşər Əsədlə bağlı açıqlama

admin