GündəmSağlamlıq

İnfeksionistdən həyəcan təbili: “Qripdən ölüm halları müşahidə edilir”

“Qripə yoluxan insanlar ya evdə oturmalı, ya da vəziyyətdən asılı olaraq xəstəxanada həkim nəzarətində müalicə almalıdırlar”.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” səhifəsində canlı yayımda məlumat verib.

O bildirib ki, qrip ağır qrupa daxil olan xəstəlikdir:

“Qripin ağırlığı, təhlükəliliyi fəsadlarla özünü büruzə verir. Xəstəliyə yoluxan şəxslər əksər hallarda xəstəliyi yüngül keçirsələr də, qripdən ölüm halları müşahidə edilir. Təbii ki, qripdən ölüm halları koronavirusla müqayisədə daha azdır”.

“Qrip bütün yaş qrupunda rast gəlinən xəstəlikdir. Amma azyaşlılar, eləcə də bağçaya, məktəbə gedənlər arasında yoluxma faktları artır. İmmuniteti zəif olanlar, hamilələr də yoluxma risk qrupuna aid şəxslərdir. Yoluxma riski müəyyən edilərək həyat şəraiti ona uyğun qurulmalıdır. Payız-qış mövsümündə vitamin və minerallarla zəngin qidalanmaya üstünlük verilməlidir”, – deyə T.Eyvazov qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” 12-ci çempionluğunu qeyd edir.

admin

Zelenski ABŞ-dan qayıdarkən Polşada ölkə prezidenti ilə görüşüb – VİDEO

redaktor

Rövnəq Abdullayevin qudasının direktor olduğu şirkət ləğv edilir?

admin