21 C
Bakı
22 İyun 2025 22:49
GündəmSağlamlıq

İnfeksionistdən həyəcan təbili: “Qripdən ölüm halları müşahidə edilir”

“Qripə yoluxan insanlar ya evdə oturmalı, ya da vəziyyətdən asılı olaraq xəstəxanada həkim nəzarətində müalicə almalıdırlar”.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” səhifəsində canlı yayımda məlumat verib.

O bildirib ki, qrip ağır qrupa daxil olan xəstəlikdir:

“Qripin ağırlığı, təhlükəliliyi fəsadlarla özünü büruzə verir. Xəstəliyə yoluxan şəxslər əksər hallarda xəstəliyi yüngül keçirsələr də, qripdən ölüm halları müşahidə edilir. Təbii ki, qripdən ölüm halları koronavirusla müqayisədə daha azdır”.

“Qrip bütün yaş qrupunda rast gəlinən xəstəlikdir. Amma azyaşlılar, eləcə də bağçaya, məktəbə gedənlər arasında yoluxma faktları artır. İmmuniteti zəif olanlar, hamilələr də yoluxma risk qrupuna aid şəxslərdir. Yoluxma riski müəyyən edilərək həyat şəraiti ona uyğun qurulmalıdır. Payız-qış mövsümündə vitamin və minerallarla zəngin qidalanmaya üstünlük verilməlidir”, – deyə T.Eyvazov qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu vitamin il boyu hamıya lazımdır

redaktor

“Əgər kimsə “agent” olmaqda şübhəlidirsə, onu…” – Elşən Xəzər danışdı

redaktor

“Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı “qoçularına” iki vətəndaşı döydürdü xəsarət alanlar var – VİDEO\FOTOLAR

admin