DünyaGündəm

Donbas uğrunda döyüş: ruslar irəliləyir

Donbasda hərbi əməliyyatlar intensivləşib. Ukrayna rus qüvvələrinin Baxmut və Avdeyevka istiqamətlərində irəlilədiyini bildirir. Müdafiə qüvvələri Baxmut yaxınlığında, düşmən isə təmas xəttindəki yaşayış məntəqələrində, xüsusən Avdeyevkada mövqe tutmağa çalışır.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Baxmut bölgəsindəki 13 kilometrlik zonada – Opıtnoye kəndi və Soledar şəhəri yaxınlığında “Vaqner”in bölmələri Ukrayna müdafiəsini yarmağa çalışır. Müdafiə qüvvələri ilə vaqnerçilər arasında amansız döyüş gedir. Baxmutdan cəmi doqquz kilometr aralıda yerləşən Kleşiyevka kəndindəki dinc əhali təxliyə olunur. Rusiya mənbələri isə Donetsk yaxınlığında və Avdeyevka istiqamətində hücum əməliyyatlarının aparıldığını qeyd edir. “Dxr” silahlıları Nevelskoye kəndində Ukrayna ordusunun mövqelərinə basqın edərək hərbçiləri əsir götürüblər. Pervomayskoye və Vodyanoye kəndlərində döyüşlər davam edir. Rusiya mənbələri də iddia edir ki, ruslar Marinkada irəliləməyə nail olub, lakin bu istiqamətdə nəticələri qiymətləndirmək hələ tezdir”, – məlumatda deyilib.

Tacxeber.com

Oxşar xəbərlər

Si Cinpindən xoşum gəlir, onunla görüşəcəyəm – ABŞ prezidenti Donald Tramp

redaktor

“Valideynlər məktəbli formasını özləri də sifariş verə bilər” – Açıqlama

admin

Qazaxlar artıq övladlarını rus dilində tədris olunan siniflərə göndərmək istəmirlər

redaktor