2 C
Bakı
11 Fevral 2026 14:43
Kriminal

Qubada elan saytında tapdığı mopedi oğurlayan şəxs tutuldu

Quba rayon polis şöbəsinə müraciət edən zərərçəkən, Quba şəhəri yeni avtovağzalın qarşısında ona məxsus mopedini almaq istəyən, özünü Şükür kimi təqdim edən şəxsə mopedini yoxlamaq üçün verdiyini və sonuncunun mopedi sürüb getdiyini və geri qayıtmadığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini Şükür Quliyev saxlanılıb.

O, ifadəsində əməlini etiraf edib.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Narkotik satan daha 42 nəfər saxlanıldı – VİDEO

redaktor

Deputat: Rusiya polisi cinayətkar dəstə kimi davranır, Kreml isə susur

redaktor

Bəxtiyar Hacıyevə əlavə ittiham verildi

redaktor