12 C
Bakı
28 Mart 2026 20:38
Kriminal

Qubada elan saytında tapdığı mopedi oğurlayan şəxs tutuldu

Quba rayon polis şöbəsinə müraciət edən zərərçəkən, Quba şəhəri yeni avtovağzalın qarşısında ona məxsus mopedini almaq istəyən, özünü Şükür kimi təqdim edən şəxsə mopedini yoxlamaq üçün verdiyini və sonuncunun mopedi sürüb getdiyini və geri qayıtmadığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini Şükür Quliyev saxlanılıb.

O, ifadəsində əməlini etiraf edib.

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

İcra başçısının qohumu olduğunu və 135 min manatı ona verdiyini iddia edən şəxslə bağlı QƏRAR

redaktor

Casusu gəmi kapitanı: “Bilirdim ki, İran məlumatları Ermənistana ötürmək üçün istəyir” – VİDEO

redaktor

Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs ələ keçdi – FOTO

redaktor