28 C
Bakı
13 Avqust 2025 19:31
Dünya

“Qarabağdakı sülhməramlıların taleyi bundan asılıdır” – Putin

"Qarabağdakı sülhməramlıların taleyi bundan asılıdır" - Putin

Rusiya prezidenti Vladimir Putin Qarabağdakı rus sülhməramlı kontingentinin taleyindən danışıb.

Tacxeber.comxəbər verir ki, bu barədə federasiya lideri jurnalistin sualını cavablandırarkən deyib.

“Biz bu barədə danışdıq. Amma bunun üçün bizim birgə razılaşmalarımız lazımdır. Bilirsiniz, bu, sizin indi verdiyiniz digər suallardan, sülh müqaviləsinin mümkün imzalanmasından, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsindən asılı olacaq”, – Putin mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələlər həll olunarsa, o zaman sülhməramlılarla bağlı məsələ başqa formada olacaq: “Əgər bu, müəyyən dərəcədə həll olunmasa, bizim sülhməramlı kontingentimizin taleyi bundan asılıdır. Amma istənilən halda hər iki tərəf bizim orada gördüyümüz işlərə görə Rusiyaya minnətdarlıqlarını bildiriblər”, – Putin qeyd edib.

Oxşar xəbərlər

Hindistanın adı dəyişdi: Ölkə G20-də Bharat adı ilə iştirak edir. – Foto

admin

Niderlandda erməni təxribatının qarşısı alındı

redaktor

Ukraynada İçkeriyanı işğaldan azad edəcək çeçen ordusu yaradılır – Zakayev

redaktor