10 C
Bakı
27 Mart 2026 16:26
İdman

Azərbaycanda 3 idman federasiyası ləğv olundu

Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunlar Əlil Arabasında Qılıncoynatma Federasiyası, Motosiklet İdmanı Federasiyası və Miks Martial Arts Federasiyası ictimai birlikləridir.

Əvəzində kollegiyanın qərarı ilə “Azərbaycan Tennis Federasiyası” İB, “Azərbaycan Bilyard Federasiyası” İB, “Azərbaycan Qış İdman Növləri Federasiyası” İB, “Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası” İB və “Azərbaycan Minifutbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib.

Bununla da, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, statusu təsdiqlənmiş federasiyaların sayı 34-ə çatıb. Ümumilikdə, 31 federasiyanın isə statusu dayandırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Neftin pullarını futbol topu kimi ora-bura vuran Rövnəq Abdullayev, indi topu tutmaq üçün Elxanı FİFA-da qapıçı təyin etdirib.

admin

Hakimlər Komitəsinin sədri “Turan Tovuz” – “Araz-Naxçıvan” matçındakı mübahisəli epizodu şərh etdi – FOTO

admin

Güləşçimiz erməni rəqibini boynundan tutub, fırlatdı – VİDEO

redaktor