7 C
Bakı
26 Dekabr 2025 23:10
CəmiyyətGündəm

Abşeronda müəllim şagirdlərin əllərini bağlayıb, onlara zorla iynə vurdu? – DƏHŞƏTLİ İDDİA (VİDEO)

Abşeronda müəllim şagirdlərin əllərini bağlayıb, onlara zorla iynə vurdu? - DƏHŞƏTLİ İDDİA

Abşeronda məktəblilər zorakılığa məruz qalmaları ilə bağlı iddia səsləndiriblər.

Tacxeber.com News24.az-a istinadənxəbər verir ki, iddiaya əsasən, hadisə Abşeron rayonu, “Stansiya Sumqayıt”, yeni yaşayış massivi ərazisində yerləşən Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində baş verib.

Həmin məktəbin 3-cü sinif şagirdləri Mehralıyeva Aylin Sənan qızı və Əliyeva Zəhra Elşən qızı təhsil aldıqları məktəbdə həmin məktəbin təlim-tərbiyə üzrə müəllimi Zəhra tərəfindən işgəncəyə məruz qalıb.

Şagirdlər bildirib ki, müəllim onların əllərini bağlayıb və onlara zorla iynə vurub, dərman içirib. Şagirdlər iddia edir ki, onlar valideynlərinə bu haqda danışmasın deyə müəllim onları bıçaqla hədələyib.

İddia ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev News24.azın sorğusuna cavab olaraqbildirdi ki, iddia ilə bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Prezident təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adı verdi

redaktor

Dənizkənarı Bulvarda kaktusların soyqırımı davam edir – VİDEO

admin

Cahangir Əsgərov vəzifəsindən azad edildi – Sərəncam

admin