CəmiyyətSiyasət

Ərdoğanla asan deyil, ancaq söz verdisə… – Putin

Rusiya üçün Qara dənizə nəzarət etmək daha asandır.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Türkiyədə qaz qovşağının yaradılmasının səbəblərini şərh edərkən deyib.

“Qara dənizə nəzarət etmək bizim üçün daha asandır. Türkiyənin mümkün tədarük qovşağı kimi seçilməsinə gəlincə, bunu niyə təklif etdiyimiz, məncə, Avropaya aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir”, – Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Rusiya üçün Türkiyə ilə işləmək daha rahatdır, çünki Prezident Rəcəb Tayyib Ərdoğan sözünün üstündə dayanan adamdır:

“Ərdoğanla razılaşmaq asan deyil, ancaq əgər razılaşırıqsa, onu həyata keçirmək üçün çalışırıq”.

Onun sözlərinə görə, Türkiyə qaz qovşağı kifayət qədər tez həyata keçirilə bilən real layihədir. (Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Uzunmüddətli müharibə sərfəli deyil” – Putin planı dəyişir

admin

Deputatın Mehdiyev barədə açıqlaması təəccübləndirdi – Foto

redaktor

“İnsan payız və qış aylarında səhər tezdən məktəbə və ya işə niyə getməlidir ki?” – Nura

redaktor