23 C
Bakı
22 İyun 2025 21:16
Dünya

Ukraynanın enerji obyektləri vurulub – Baş nazir

Ukraynanın enerji obyektləri vurulub - Baş nazir

Rusiyanın Ukraynaya raket hücumları nəticəsində yeddi rayonda yüzlərlə yaşayış məntəqəsi enerjisiz qalıb.

Tacxeber.comUNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıxal “Telegram” kanalında bildirib.

“10 rayon raket və pilotsuz uçuş aparatları ilə vurulub, burada 18 obyekt zədələnib, onların əksəriyyəti energetika obyektləri olub. Ukraynanın 7 rayonunda yüzlərlə yaşayış məntəqəsi işıqsız qalıb. Nəticələri daha da pis ola bilər. Lakin qəhrəman döyüşçülərin sayəsində itkilərimiz azdır. Səmamızı qoruyan döyüşçülərə təşəkkür edirik.Həmçinin bu dəqiqə Rusiya hücumlarının nəticələrini aradan qaldıran energetiklərə təşəkkür edirik.Təmir qrupları tam gücü ilə işləyir”, – o yazıb.

Baş nazirin sözlərinə görə, Kiyev, Dnepropetrovsk, Xarkov, Zaporojye vilayətlərində enerjinin bərpa olunması üçün işlər davam etdirilir.

“Bu gün, əvvəlki həftələrdə olduğu kimi, bütün ukraynalıların şüurlu şəkildə enerji istehlak etməsi və şəbəkəyə yükü azaltması vacibdir. Enerjiyə qənaət etməkdə bir olaq və həmrəy olaq!”, – hökumət başçısı çağırışında bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan-Pakistan müharibəsinin ən ağır bədəlini Fransa ödədi

redaktor

İranlı reperə 10 dəqiqədə edam qərarı – FOTO

redaktor

Bu ölkədə məhbusların maaşı həbsxana işçilərindən çoxdur

redaktor