16 C
Bakı
27 Sentyabr 2025 00:22
Dünya

Rus ordusuna ağır zərbə: Silah anbarları məhv edildi

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri cənubda 27 rus işğalçısını və düşmənin xeyli texnikasını məhv edib.

Bu barədə “Cənub” Əməliyyat Komandanlığının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

İşğalçılar hücum təyyarələri və helikopterləri ilə üç dəfə Ukrayna mövqelərinə və Berislav rayonunun yaşayış məntəqələrinə zərbə endirib.

Buna cavab olaraq Ukrayna Silahlı Qüvvələrinin aviatorları düşmənin canlı qüvvə və texnikasının cəmləşdiyi ərazilərə üç dəfə hücum edib və zenit qırıcıları daha bir Su-25-i dəqiqliklə vurublar.

Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri 156 atəş missiyasını yerinə yetirib.

“Düşmənin təsdiqlənmiş itkiləri: 27 işğalçı, bir tank, 2 minaatan, bir “Akasiya” özüyeriyən silahı, 23 millimetrlik zenit silahı və 5 ədəd zirehli texnikadır”, – məlumatda deyilir.

Baştan və Berislav rayonlarında düşmənin döyüş sursatı olan 2 anbarı məhv edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyevin “romantika”sı: Qışda çimərlik macərası – REPLİKA

redaktor

Bayden İrana xəbərdarlıq etdi: “İstənilən sui-qəsd müharibə səbəbi olacaq”

redaktor

Donald Tramp Vladimir Putini sülhə razı sala bilməsə, Aİ ən radikal tədbirlərə əl atacaq

redaktor