29 C
Bakı
11 Avqust 2025 16:20
Digər

Anar Əsədlinin dələduzluğunun detalları

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılması ilə bağlı ötən həftə mediada məlumatlar yayılmışdı.

Tacxeber.com xəbər verir ki, Publika.az hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən baş verən olayın təfərrüatını öyrənib.

Bildirilir ki, partiya sədri müxtəlif vaxtlarda xeyli sayda tanışından (təxminən 30 nəfər) dələduzluq yolu ilə külli miqdarda pul alıb. DİN-in müvafiq idarəsi həmin zərəçəkənlərin şikayəti əsasında A.Əsədlini saxlayaraq dindirib. A.Əsədli zərərçəkənlərə dəyən ziyanın ödənilməsi ilə bağlı konkret vaxt istədikdən sonra azadlığa buraxılıb.

Zərəçəkənlər arasında Yüksəliş Partiyasının rəhbərliyində təmsil olunan keçmiş cəbhəçi Oqtay Qasımovun da adı çəkilir. Məlumatlara görə, A.Əsədli O.Qasımovdan 150 min manat alaraq qaytarmayıb.

O.Qasımov bununla bağlı danışmaq istəmədiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

FHN-də intim videosu yayılan qadından 192 minlik tələb – “Risk edib…”

redaktor

Space TV-nin formatı dəyişir – Tanınmış aparıcı açıqladı

redaktor

Beş nəfərin sonunu gətirən 8 – Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

redaktor