Hadisə

“Sədərək” ticarət mərkəzində yanğın oldu

“Sədərək” ticarət mərkəzində yanğın oldu

“Sədərək” ticarət mərkəzində yanğın baş verib.

Tacxeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Avtomobil kanala aşdı – Ölənlər var – FOTO-YENİLƏNİB

admin

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı

redaktor

Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər – ANBAAN VİDEO

redaktor