Dünya

Rus hakerlər Trassın telefonunu ələ keçirdilər

Xarici işlər naziri işlədiyi dövrdə Liz Trassın möbil telefonu Kremlə bağlı hakerlər tərəfindən sındırılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.

Məlumata görə, kibercinayətkarlar telefonda olduqca qiymətli məlumatlar ələ keçiriblər.

Hakerlər beynəlxalq tərəfdaşlarla danışıqların, o cümlədən Ukraynaya silah tədarükü ilə bağlı aparılan danışıqların çox məxfi təfərrüatına, həmçinin Trass və maliyyə naziri Kvazi Kvartenq arasındakı şəxsi yazışmalara giriş əldə ediblər.

Britaniya müxalifəti Trassın telefonunun sındırılması ilə əlaqədar araşdırılma aparılmasını tələb edir.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün İranda prezident seçkisinin ikinci turudur

admin

Ukraynaya 400 milyonluq yeni yardım paketi

redaktor

Konsertdə qışqırdı, sonra… – Gənc qızın başına gələnlər həkimləri təəccübləndirdi

redaktor