12 C
Bakı
27 Mart 2026 03:39
Hadisə

İraqda qaz tankeri partlayıb, ölən və yaralananlar var

 

İraqda qaz tankeri partlayıb, ölən və yaralananlar var

İraqın paytaxtı Bağdadda qaz tankerinin partlaması nəticəsində 3 nəfərin ölüb, 10-a yaxın insan yaralanıb.

Bu barədə Tacxeber.com “Haber Global”a istinadən xəbər verir.

Təhlükəsizlik orqanlarındakı mənbələrdən əldə edilən məlumata görə, Bağdadın şərqindəki Bunak bölgəsində qazla dolu tankerin partlamasına texniki nasazlıq səbəb olub.

Partlayış nəticəsində ərazidəki binaya və futbol meydançasına da maddi ziyan dəyib.

Ölənlərin sayının artacağı ehtimal olunur.

İraqın rəsmi orqanları hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Moskva Satira Teatrının sabiq direktoru Məmməd Ağayev həbs edilib

redaktor

Aviaşouda xaos yarandı: 5 ölü, onlarla yaralı.

admin

Fernandu Santuş: “Hansısa köklü dəyişikliklər etməyə gərək yoxdur”

admin