30 C
Bakı
12 Avqust 2025 10:57
Dünya

Rusiya şikayət etdi, Xəlilova İstanbulda saxlanıldı

Rusiya şikayət etdi, Xəlilova İstanbulda saxlanıldı


Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşımlar edən jurnalist Gülsüm Xəlilova İstanbul hava limanında saxlanılıb.

Tacxeber.comxəbər verir ki, Gülsüm Xəlilova Rusiyanın şikayətiylə 16 saat İstanbul hava limanında saxlandığını bildirib: “Rusiya da mənim kimi Krım türklərindən öz vətəndaşı kimi şikayət edir. Başqa ölkədə həbs edilsəm və ya öldürülsəm, bu qədər inciməzdim. Canımızdan çox sevdiyimiz Türkiyədə bu hadisəni yaşamaq mənim üçün çətin oldu”.

Qeyd edək ki, Gülsüm Xəlilova Zaqrebdən İstanbula media ilə bağlı beynəxalq tədbirdə iştirak etmək üçün ötən gün axşam gəlib.

Saxlanılmasından 16 saat sonra sərbəst buraxılan jurnalist buna görə Mustafa Krımoğluna, Ukrayna və Türkiyə rəsmilərinə minnətdarlıq edib.

Krım tatarlarından olan jurnalist Gülsüm Xəlilova hazırda Kiyevdə yaşayır. O, Krımın işğalı ilə bağlı telexəbərlər yayımlaması ilə də məşhurdur.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda jurnalistlərin saxlanılmasına – ABŞ-dən reaksiya

admin

“İsrailin hərbi kabineti İranın zərbəsinə cavab variantlarını müzakirə edib” – KİV

redaktor

Çin yaxın kosmos üçün günəş enerjisi ilə işləyən PUA-sını sınaqdan keçirib

admin