DünyaGündəm

NASA “gülümsəyən” Günəşi göstərdi

NASA "gülümsəyən" Günəşi göstərdi

NASA sosial şəbəkələrdə 2010-cu ildən Günəşi müşahidə edən kosmik rəsədxana tərəfindən (NASA-nın Günəş Dinamikası Rəsədxanası – SDO) bu yaxınlarda çəkilmiş  “gülümsəyən günəş” Günəşin şəklini yerləşdirib. Alimlər bu fenomeni ulduzun tac dəliklərini öyrəndikdən sonra fərqinə vardılar.

“Ultrabənövşəyi işıqda görünən bu qaranlıq ləkələr koronal dəliklər kimi tanınır və oradan sürətli günəş küləyinin kosmosa axışması baş verir”, – agentlik bildirib.

Günəşin “təbəssümü” əslində Yer üçün təhlükə yaradır. Qara nöqtələr günəş küləyinin güclü axınının mənbəyidir və bir gün ərzində planeti güclü geomaqnit qasırğası vura bilər ki, bu da orbitdəki peyklərin, radio şəbəkələrinin və GPS-nin fəaliyyətinə təhlükə yaradır.

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor