7 C
Bakı
28 Dekabr 2025 04:26
İdman

Azərbaycan avarçəkəni Avropa çempionu oldu – Fotolar

Azərbaycan avarçəkəni Avropa çempionu oldu - Fotolar


İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında 4000 metr məsafəyə yürüşlərin qalibləri müəyyənləşiblər.

Tacxeber.comxəbər verir ki, bu barədə Avarçəkmə Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycanı qitə birinciliyində Diana Dimçenko təmsil edib.

“Baku” avarçəkmə klubu adından yarışan Dimçenko mübarizəyə yarımfinal mərhələsindən başlayıb. O, bu mərhələdə ən yaxşı nəticəni göstərib. 4000 metr məsafəni 22 dəqiqə 56,72 saniyəyə qət edən idmançımız finiş xəttinə birinci çatıb. Bununla Diana Dimçenko əsas finala vəsiqəni təmin edib.

Azərbaycan təmsilçisi finalda da uğurlu çıxış edib. Dimçenko ən yaxın rəqibi, ispaniyalı Qonzales Karotanı 5 saniyə qabaqlayaraq sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülüb.

Qeyd edək ki, Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionu adına layiq görülən ilk Azərbaycan təmsilçisidir.

Əlavə olaraq xatırladaq ki, Diana Dimçenko Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə sonuncu dünya çempionatında Azərbaycan bayrağı altında gümüş medal qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Zirə”nin futbolçusuna viza verilmədi, “Hayduk”la oyunu buraxacaq – QALMAQAL

admin

Stadionda evlilik təklif etmişdi, nişanlandılar – VİDEO

redaktor

Ronaldonun Ər-Riyaddan ilk FOTOLARI

redaktor