GündəmKriminal

Əvəz Zeynallı Prokurorluğu məhkəməyə verdi

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsini məhkəməyə verib.

Baş Prokurorluğun İstintaq İdarəsinin Əvəz Zeynallının ailəsi ilə görüşünə və telefon danışıqlarına məhdudiyyətin aradan qaldırılması ilə bağlı vəsatətə 4 noyabr, saat 11:00-da Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, sentyabrın 7-də haqqin.az saytı Əvəz Zeynallının Rasim Məmmədovun ailəsini şantaj edərək 20 min manat pul alması barədə məlumat və səs yazısı yayıb.

Bununla əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb, Əvəz Zeynallı və Rasim Məmmədovun vəkili Elçin Sadıqov həbs olunub.

Sentyabrın 17-də isə məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsaslar olmadığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib. (Bakupost.az)

Tacxeber.az

Oxşar xəbərlər

“Mənə yarım milyona yaxın xərc çəkilib” – “Toppuş bacı”

admin

İran rejimi Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yeridir – VİDEO

redaktor

Vardanyanla Balasanyan üz-üzə: Bu yolla Xankəndidə… – Müsahibə

admin