12 C
Bakı
29 Mart 2026 22:16
Hadisə

Tehrandan Frankfurta uçan təyyarənin şassisindən meyit tapıldı

Almaniyanın hava limanında İrandan gələn təyyarənin şassisində meyit tapılıb.

Bu haqda Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə “Lufthansa” təyyarəsində qeydə alınıb. Oktyabrın 27-sində Frankfurt hava limanının əməkdaşları Tehrandan gələn təyyarənin şassəsində insan cəsədi tapıblar. Meyit sərnişinlər təyyarəni tərk etdikdən və təyyarə texniki baxış üçün anqara keçdikdən sonra tapılıb.

Təyyarənin və federal polisin nümayəndələri hadisəni şərh verməkdən imtina ediblər. Frankfurt hüquq-mühafizə orqanları da təfərrüatları açıqlamayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Gəlin BAZARI: Minlərlə ailə oğullarına qız AXTARIR

admin

Bakıda sinə əməliyyatından narazı qalan qadına görə klinika CƏRİMƏLƏNDİ

redaktor

İran xaosa sürüklənir və üfüqdə həll yolu görünmür

admin