7 C
Bakı
28 Dekabr 2025 05:16
İdman

Qurban Qurbanov Şahruddinin səhvi haqda sula cavab verdi.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Nant”a uduzduqları matçdan (1:2) sonra “CBC Sport”a açıqlama verib.

Qurban Qurbanov Şahruddinin səhvi barədə

Qarabağın baş məşqçisi Qurban Qurbanov komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolla nəticələnən kobud səhvi barədə fikirlərini bildirib:

“Bəli, oldu. Amma biz buna hazırlaşmışdıq. Bilirdik ki, rəqib nə cür pressinqlə çıxır. Ümumiyyətlə, o epizoda kimi bizim özümüzün də mərkəzdən çox yaxşı çıxışlarımız oldu. Bunlar normal texniki səhvlərdir. Belə şeylər bütün dünya futbolunda var. Biz bu səhvləri edə-edə böyüməliyik. Əgər yaxşı futbol oynamaq istəyiriksə, belə şeylərdən qorxmamalıyıq ki, topu uzun vuraq və ya bu mövqedə oynayaq. Çünki futbol ötürmə oyunudur. Qapıçıdan başlayaraq digər bütün futbolçular bunu bacarmalıdırlar. Ona görə də biz yenə də bundan əl çəkməyəcəyik, daha da yaxşılaşdırmağa çalışacağıq”.

Tacxeber.com

Oxşar xəbərlər

Fan-klub liderindən etiraf: Rəhbərlik Samir Abasova qarşı bizi doldurmuşdu

admin

“Qarabağ” rəqibi əlavə vaxtda darmadağın etdi.

admin

Merih Demiralın cəzalandırılması xəbəri təkzib edildi – AÇIQLAMA

redaktor