26 C
Bakı
11 Avqust 2025 02:57
DünyaGündəm

Kadırov ilk dəfə döyüşçülərinin öldüyünü ETİRAF ETDİ: “23 nəfər ölüb, 58-i yaralanıb”

Kadırov ilk dəfə olaraq Xerson vilayətində döyüşçülərinin öldüyünü etiraf edib.

Bu barədə oktyabrın 28-də Çeçenistan rəhbəri Ramzan Kadırov öz teleqram kanalında yazıb. O bildirib ki, həftənin əvvəlində Xerson vilayətində atışma zamanı 23 çeçen döyüşçüsü öldürülüb, daha 58 nəfər yaralanıb.

 

 

Kadırov həmçinin qeyd edib ki, onun döyüşçüləri Ukraynada İblis qüvvələrinə qarşı vuruşurlar.

“Bu o demək deyil ki, satanistlər qisasdan azad olublar. Biz onları tapıb amansızcasına məhv edəcəyik. Çeçenlər cihadda iştirak edir, İblis qüvvələrinə qarşı vuruşurlar.

Biz döyüş zonasında ölən əsgərin dəfni üçün 1 milyon rubl ayırırıq, dövlət isə ailəyə daha 12 milyon rubl ödəyir. Yaralılara 3 milyon pul verilir.

Bəli, həmin gün bizim tərəfdən bir gecədə böyük itkilər oldu. Və əgər sənin qismətin müqəddəs bir müharibədə həlak olmaqdırsa, bu, hər bir həqiqi müsəlman üçün şərəf və böyük sevincdir. Biz hamımız Allah yolunda ölməyi xəyal edirik”, – deyə Kadırov yazıb.  (Konkret.az)

Tacxeber.az

Oxşar xəbərlər

Sülhməramlılar Qarabağı belə tərk edir – VİDEO YAYILDI

redaktor

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

admin

Nədən insanlar gənc yaşlarında xərçəng xəstəliyinə tutulur? – ARAŞDIRMA

redaktor