Cəmiyyət

Gürcüstan-Türkiyə sərhədində bədənində 1100 arı daşıyan şəxs saxlanılıb

Gürcüstan-Türkiyə sərhədində bədənində 1100 arı daşıyan şəxs saxlanılıb

Sarpi keçid məntəqəsində (Gürcüstan-Türkiyə sərhədi) bədənində 1100 arı daşıyan şəxs saxlanılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Həmin şəxs rentgen skanerindən və metal detektorundan keçən zaman türkiyəli sərhədçilər şübhələniblər. Məlum olub ki, onun bədənində arıların olduğu kiçik qutular var. Kiçik qutular kəmərinin üzərinə birləşdirilmişdi.

Həmin şəxs sərhədi keçərkən Türkiyə gömrüyü tərəfindən saxlanılıb. O, Gürcüstandan Türkiyəyə gedirmiş.

Həmçinin avtomobildə yanacaq çənində konteynerdə gizlədilən 100 kiloqramdan çox şabalıd balı aşkar edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Qanunsuz mərc və şans oyunlarında adı hallanan məşhurlardan AÇIQLAMA

redaktor

Eldar Əzizovla Yasin Molanovu nə bağlayır? –BŞİH-də QƏRİBƏ TENDER- ARAŞDIRMA

redaktor

Əvəz Zeynallıya hökm oxundu.

admin