19 C
Bakı
26 Sentyabr 2025 19:50
Cəmiyyət

Gürcüstan-Türkiyə sərhədində bədənində 1100 arı daşıyan şəxs saxlanılıb

Gürcüstan-Türkiyə sərhədində bədənində 1100 arı daşıyan şəxs saxlanılıb

Sarpi keçid məntəqəsində (Gürcüstan-Türkiyə sərhədi) bədənində 1100 arı daşıyan şəxs saxlanılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Həmin şəxs rentgen skanerindən və metal detektorundan keçən zaman türkiyəli sərhədçilər şübhələniblər. Məlum olub ki, onun bədənində arıların olduğu kiçik qutular var. Kiçik qutular kəmərinin üzərinə birləşdirilmişdi.

Həmin şəxs sərhədi keçərkən Türkiyə gömrüyü tərəfindən saxlanılıb. O, Gürcüstandan Türkiyəyə gedirmiş.

Həmçinin avtomobildə yanacaq çənində konteynerdə gizlədilən 100 kiloqramdan çox şabalıd balı aşkar edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Evdə telefondan da zərərli olan və əlimizdən düşməyən – ƏŞYA HANSIDIR?

redaktor

JURNALİSTİKA İXTİSASINA QABİLİYYƏT İMTAHANI LAZIMDIRMI? – Qulu Məhərrəmli yazır

redaktor

Məleykə Abbaszadə istefaya göndərilir

redaktor