25 C
Bakı
25 Sentyabr 2025 18:17
Dünya

Əsədovdan Zəngəzur mesajı: söhbət 40 km-lik ərazidən gedir…

Əsədovdan Zəngəzur mesajı: söhbət 40 km-lik ərazidən gedir…

Azərbaycan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.

Tacxeber.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci il noyabrın 9/10-da imzalanmış bəyanatın müddəalarından biri nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur:

“Bu bəyanata əsasən, Azərbaycan Laçın yolunun işləyəcəyi ilə bağlı öhdəlik götürüb və onun təhlükəsizliyinə zəmanət verir. Biz üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk. Bu gün Laçın yolu, Laçın dəhlizi işləyir. Eyni zamanda, bizim Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına səfər etmək imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, həmçinin Ermənistan ərazisində bu istiqamətdə hər hansı işlərin görüldüyünün şahidi olmuruq. Ermənistan Baş nazirinin müavini həm də nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli qrupun həmsədridir. Söhbət 40-44 km-lik kiçik bir ərazidən gedir. Ermənistan 1 il 9 ay ərzində nə dəmir yolu, nə də avtomobil yolu ilə bağlı heç bir real addım atmayıb”, – Ə.Əsədov söyləyib.

Baş nazir Ermənistan tərəfinin Azərbaycanın hərbi cinayətlər törətməsi ilə bağlı kobud və əsassız iddialarına da cavab verib:

“Azərbaycan Respublikasının Hərbi Prokurorluğu videonun həqiqiliyini, habelə bu görüntülərin çəkildiyi yerləri, bu videolarda təsvir olunan hərbçilərin şəxsiyyəti, həmçinin obyektiv həqiqətin müəyyən edilməsi üçün vacib olan bütün digər təfərrüatları tam və hərtərəfli şəkildə araşdırır. Araşdırmanın nəticəsinə əsasən, qanun çərçivəsində müvafiq tədbirlər görüləcək.

Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilmiş hərbi cinayətlərlə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən araşdırılır”.

Tacxeber.az

Oxşar xəbərlər

Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət…

redaktor

Moskva məhkəməsi “Meta”nın mətbuat katibini qiyabi həbs etdi

redaktor

ABŞ Zelenskiyə xəbərdarlıq etdi: Ehtiyatlı ol!

redaktor