Gündəm

“Bu, jurnalistika deyil, tərbiyəsizlikdir!” – Rəşad Məciddən Çingiz Abdullayev qalmaqalına reaksiya

“Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi”.

Bu sözləri Bakupost.az -a Mətbuat Şurasının sədri Rəşad Məcidbu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalistin ünvanladığı suala Xalq yazıçısı Çingiz Abdullayevin təhqiramiz cavabı ilə bağlı açıqlamasında deyib.

“Sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının, alimin ağzına soxan “jurnalistlər”ə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”, – deyə Mətbuat Şurasının sədri əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında BakuTv əməkdaşı Xalq yazıçısı Çingiz Abdullayeva “Burda 200-300 minlik bir şey varmı?” sualını ünvanlayıb. Yazıçı isə jurnalistə təhqirlə cavab verib.

Tacxeber.az

Oxşar xəbərlər

Kamil üzərində qurulan yüzmilyonluq çirkin oyun

redaktor

“Quzu ətinin istifadəsi faydalı deyil” – Millət vəkilindən bahalaşmaya REAKSİYA

redaktor

Göyçay məscidində insident – Həbs edilən var

admin