29 C
Bakı
11 Avqust 2025 14:43
Hadisə

Rus müğənninin pulunu Bakıda qəpiyinə kimi oğurladılar

Rus müğənninin pulunu Bakıda qəpiyinə kimi oğurladılar

Rusiyalı məşhur müğənni Olqa Orlova Bakıda qarət olunub.

Tacxeber.az xəbər verir ki, bu barədə müğənni İnstaqram səhifəsində yazıb.

İtaliyaya Bakıdan uçmalı olduğunu deyən müğənni restoranda qarət olunduğunu bildirib:

“Biz nahar etdik, hesabı gətirdilər. Çantamı açıb gördüm ki, içində pul yoxdur. Qəpiyinə kimi bütün pulumuz oğrulanıb. Bu, böyük məbləğ idi”.

Lakin çətinliklərə baxmayaraq, Orlova Bakını bəyəndiyini etiraf edib:

“Ancaq Bakı şəhəri gözəldir! “Blestyaşie” qrupunun qastrolundan bəri burada olmamışam. Və bu, 21 ildən çoxdur. İnsanlar heyrətamizdir”.

Tacxeber.az

Oxşar xəbərlər

“Kompüterimin və telefonların şifrələrini vermədiyim üçün Polis əməkdaşları tərəfindən zorlama ilə təhdid olunmuşam”

admin

Sərhəd toqquşması: Ermənistan MN itkilərini açıqladı.

admin

Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül

redaktor