4 C
Bakı
26 Dekabr 2025 11:06
Hadisə

Dədə Süleyman vəfat etdi

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.

Tacxeber.az xəbər verir ki, bu barədə xanəndənin qızı Aygün Abdullayeva məlumat verib.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır.

Xanəndə oxuduğu muğamlarda klassik şairlərin — Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verib. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən “Dədə Süleyman” deyə çağırılıb.

2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.

Allah rəhmət eləsin!

Tacxeber.az

Oxşar xəbərlər

Lənkəranda iki balıqçı itkin düşdü – FOTO

redaktor

63 yaşlı arıçı qadın: “İş çətindir, amma məhsul kimi şirin gəlir”

admin

Seymur Orucov şəhid anasının problemini niyə həll etmir?

admin