23 C
Bakı
24 İyun 2025 10:54
DünyaGündəm

Lukaşenko: “Belarusa müharibə lazım deyil, başqalarının ulamasına fikir verməyin”

Lukaşenko: “Belarusa müharibə lazım deyil, başqalarının ulamasına fikir verməyin”

“Belarusun bu gün heç bir müharibəyə ehtiyacı yoxdur”

Tacxeber.az xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Qeyd edək ki, bu gün Belarus dövlətinin başçısı Baranoviçi rayonu yaxınlığında Obuz-Lesnovski poliqonunda olub. Burada Belarus Hərbi sənaye komitəsi Belarus istehsalı olan silah, hərbi və xüsusi texnika nümunələrinin döyüş qabiliyyətini nümayiş etdirir.

“Kənardakı ulamalara fikir verməyin. Bizim bir yerə getmək fikrimiz yoxdur. Hazırda müharibə yoxdur. Bu, bizə lazım deyil”, – deyə “Sputnik Belarus” xəbər agentliyi Lukaşenkonun sözlərindən sitat gətirib.
“Biz sakitləşməliyik. Müharibə olmamasını istəyiriksə, hər kəs öz işi ilə məşğul olmalıdır”, – deyə Belarus lideri vurğulayıb.

Tacxeber.az

Oxşar xəbərlər

“Qarabağ” və rəqiblərinin büdcəsi nə qədərdir ?

admin

Parisdən Bakıya cavab: İki diplomatımızı ölkədən çıxardı

redaktor

Sülhməramlılar Qarabağı belə tərk edir – VİDEO YAYILDI

redaktor