Gündəm

İlham Əliyev xəstəxanada Binəli Yıldırıma baş çəkdi – Foto

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.

Tacxeber.az xəbər verir ki, dövlət başçısı xəsarət alanlarla söhbət edib, onların tezliklə sağalmalarını arzulayıb.

Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi də öz növbəsində qəza yerindən operativ olaraq helikopterlə Bakıya xəstəxanaya çatdırılmalarına və onların dərhal tibbi müayinədən keçirilərək müalicə almalarına görə dövlətimizin başçısına və tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər

Rus hərbçi Qarabağdakı ermənini belə susdurdu – VİDEO

redaktor

Quba rayon İcra Hakimiyyəti tədbirə 181 min 580 manat xərcləyəcək- İSRAFÇILIQ DEYİLMİ?

redaktor

Təhsil eksperti Kamran Əsədovun pul müqabilıində qurduğu sistem imtahanlar zamanı belə çalışıb.

admin