Anasını zorlayan, 53 nəfəri öldürən, Rostov qəssabı kimi tanınan məşhur serial qatil Andrey Romanoviç Çikatilo…

Andrey Romanoviç Çikatilo kimdir?
53 nəfəri öldürən və məşhur qəssab kimi tanınan Andrey Çikatilo haqqında məlumatları təqdim edirik
Arayış:
Cinayətlərinə 1978-ci ildə başlayan və 1990-cı ilə qədər davam edən və Rostov qəssabı kimi də tanınan Andrey Çikatilo 1936-cı il oktyabrın 16-da Ukraynanın Sum vilayətinin Yabloçnoe kəndində anadan olub. O, doğulanda ölkədə vəziyyət pis olub. O zaman İosif Stalinin rəhbərliyi altında Sovet İttifaqı tam xaos içində idi. Ölkədə aparılan siyasət ucbatından qıtlıq hökm sürür və insanların aclıqdan ölməmək üçün bir-birini öldürüb yediyi şayiələri yayılırdı. Hətta Andrey Çikatilonun böyük qardaşı Stepanın qaçırılıb yeyildiyi deyilir. Qəssab kimi tanınan Çikatilonu gecələr sidik saxlaya bilmədiyi üçün anası dəfələrlə döyüb. Atası isə müharibədə əsir düşüb.









