16 C
Bakı
27 Sentyabr 2025 22:09
Dünya

Paşinyan: “Aİ missiyasının daimi olmasına çalışmalıyıq“

Paşinyan: “Aİ missiyasının daimi olmasına çalışmalıyıq“


“Avropa İttifaqının 40 nəfərdən ibarət yeni müşahidə missiyası tezliklə Ermənistana gələcək. Ekspert sahəsində müşahidə missiyasının müddətinin uzadılması və ya daimi olması ilə bağlı fikirlər var. Mən hələlik buna əmin deyiləm, lakin lazım gələrsə, məsələnin daha dərindən öyrənilməsini də istisna etmirəm”.

Tacxeber.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistanin Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O xatırladıb ki, müvafiq razılıq oktyabrın 4-də Praqada keçirilən dördtərəfli görüş zamanı əldə olunub.

“Mən məmnuniyyətlə bildirməliyəm ki, Aİ tərəfdaşları məsələyə çox operativ reaksiya və qərarlar verdilər. Hazırlıq qrupu artıq Ermənistandadır. Əsas qrup – 40 nəfərdən ibarət müşahidə missiyası tezliklə Ermənistana gələcək. İlkin olaraq müşahidə missiyasının 2 ay işləməsi nəzərdə tutulur.

Ekspertiza sahəmizdə belə fikirlər var ki, müşahidə missiyasının müddətini uzatmalı və ya müşahidə missiyasının daimi olmasına çalışmalıyıq. Buna əmin deyiləm, amma bu, əlbəttə, cəmiyyətimizdə və peşəkar dairələrimizdə müzakirə olunan bir mövzudur. Əgər belə bir fürsət və zərurət görsək, problemi daha dərindən öyrənəcəyimizi istisna etmirik”, – deyə baş nazir vurğulayıb.

Tacxeber.az

Oxşar xəbərlər

Rusiyada erməni məscidə hücum etdi: hər yeri dağıtdı – VİDEO

redaktor

CNN Ukraynadakı münaqişəyə son qoymaq üçün beş variantın adını çəkir

redaktor

“İlan yağı”nın sehri, əcdadların sirli resepti, yalançı loğman… Dərman adı ilə insanları aldadıb sərvət qazanan amerikalının hekayəti

admin