13 C
Bakı
28 Mart 2026 00:16
İdman

Rusiya və Belarus idmançıları yarışlara buraxılmayacaq – Qərar yeniləndi

Rusiya və Belarus idmançıları yarışlara buraxılmayacaq - Qərar yeniləndi


Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılmaması haqda sanksiyaların müddəti uzadılıb.

Tacxeber.az-ınxəbərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib ki, Rusiya və Belarus idmançılarının öz bayraqları altında keçirilən yarışlara buraxılmaması ilə bağlı beynəlxalq federasiyalara tövsiyələr hələ də aktualdır.

Rusiya və Belarus idmançılarının yarışlara buraxılmaması haqda tövsiyələr hələ bu ilin fevralın 28-də Rusiyanın Ukraynaya hərbi hücumundan sonra verilib. Tomas Baxın sözlərinə görə, həmin qərar qüvvədə qalır.

“Rusiya və Belarus idmançılarının heç bir beynəlxalq yarışa buraxılmamasını tövsiyə etmişik. Biz bunu etməliydik” – deyə Bax bildirib.

O bildirib ki, idmançılar siyasətin qurbanı olmamalıdır, amma BOK rəhbəri deyir ki, prezidenti olduğu təşkilatın başqa çarəsi qalmayıb. Bu qərar Ukraynadakı vəziyyətə münasibətindən asılı olmayaraq bütün Rusiya idmançılarına və idman rəsmilərinə şamil edilir.

Tacxeber.az

Oxşar xəbərlər

Azərbaycan futbolunda qorxulu anlar, oyunçunun ayağı qırıldı – VİDEO

redaktor

Hakimlər Komitəsinin sədri “Turan Tovuz” – “Araz-Naxçıvan” matçındakı mübahisəli epizodu şərh etdi – FOTO

admin

Qarabağ” onları Bakıya 1 manat xərcləmədən gətirir…

admin