12 C
Bakı
28 Mart 2026 04:52
İdman

Messi şirkət yaratdı: Rəhbəri erməni olacaq

Messi şirkət yaratdı: Rəhbəri erməni olacaq


Argentina millisinin kapitanı və PSJ-nin hücumçusu Lionel Messi idman, texnologiya və mediaya sərmayə qoyacaq şəxsi investisiya şirkətini yaradır.

“Play Time” adlı şirkət ABŞ-ın San-Fransisko şəhərində yerləşəcək.

Ona “Graph Ventures” şirkətinin tərəfdaşı, erməni əsilli Razmiq Ovaqimyan rəhbərlik edəcək. Məlumata görə, “Play Time” Messinin əsas investisiya vasitəsinə çevriləcək və digər sahələrlə yanaşı, futbol texnologiyası startaplarının təsisçilərinə dəstək olacaq, eləcə də müxtəlif idman komandalarına sərmayə qoyacaq.

Şirkətin investisiya fondunun həcmi hələlik açıqlanmayıb./Oxu.az

Tacxeber.az

Oxşar xəbərlər

Həbib Nurməhəmmədov KİMDİR? – Uşaqlığı, ailəsi və sadə kəndli oğlanı zirvəyə aparan SƏBƏB!

redaktor

Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

admin

Rusiyalı məşhur jurnalist öldü

admin