Dünya

Ukrayna İranla diplomatik əlaqələri kəsə bilər

Ukrayna parlamentinin üzvü Aleksey Qonçarenko Ali Radaya İranla diplomatik münasibətlərin kəsilməsinə dair qətnamə layihəsi təqdim edib.

Azpost.info xəbər verir ki, ukraynalı deputatlar İranın terrorizmin sponsoru kimi tanınmasına da səs verəcəklər.

Qonçarenko Radanı BMT, Avropa Parlamenti, AŞPA, NATO və digər beynəlxalq təşkilatlara, o cümlədən üçüncü ölkələrin hökumətlərinə İranı terrorizmin sponsoru kimi tanımaq çağırışı ilə müraciət etməyə də dəvət edib.

Qeyd edək ki, “The Washington Post”nun yazdığına görə, İran Rusiyaya pilotsuz təyyarələr göndərib.

Tacxeber.az

Oxşar xəbərlər

İran “qabaqdangəlmişlik” edir: kimdən və nəyin kompensasiyası tələb olunur?

redaktor

Putini danışıqlara necə məcbur etmək olar? – Zelenski açıqladı

redaktor

Rusiyaya zərər verə biləcəyimiz yerləri müəyyən etdik

redaktor