30 C
Bakı
10 Avqust 2025 19:36
CəmiyyətGündəm

Pensiyalar bu qaydada artırılacaq – RƏSMİ AÇIQLAMA

Pensiyalar bu qaydada artırılacaq - RƏSMİ AÇIQLAMA

Pensiyalar bu qaydada artırılacaq – RƏSMİ AÇIQLAMA


Əmək pensiyalarının indeksləşdirilməsində yol verilən ayrı-seçkilik aradan qaldırılır.

Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklər sayəsində mümkün olacaq.

Tacxeber.azxəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sektor müdiri Aynurə Zamanova deyib ki, bütün növ əmək pensiyaları hər ilin əvvəlində vahid qaydada indeksasiya edilərək artırılacaq.

Digər bir dəyişiklik isə Prezidentin ötənilki sərəncamı ilə pensiyalara 200 manatlıq əlavələrin də ümumi pensiya məbləğinə daxil edilərək birgə indeksasiya olunub artırılması ilə bağlıdır.

Gələn il üçün pensiyaların artımı bu il ərzində qeydə alınmış orta aylıq əməkhaqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əməkhaqqında artım faizini isə Dövlət Statistika Komitəsi müəyyənləşdirəcək.

Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxslərin təqaüdləri də hər il orta illik əməkhaqqının artım fazinə görə indeksləşdiriləcək.

Yeni dəyişiklər təklifi bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə və əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan verəcək.

Oxşar xəbərlər

Əziz Orucov: “Bakıda minlərlə qanunsuz tikili var, buna görə kimisə tutublar?”

admin

Dövlət Komitəsi Bakıda 13 yaşlı qızın ev şəraitində körpə dünyaya gətirməsi ilə bağlı araşdırmalara başlayıb

redaktor

Azərbaycanlılar zarafat edir: Bakıda havalar yox, qazax qızları ucbatından istiləşib

redaktor