Dünya

Moskvada səfərbərlik başa çatdı

Moskvada səfərbərlik başa çatdı

Moskvada qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırış başa çatıb.

Tacxeber.az xəbər verir ki, bunu Moskva şəhər meri Sergey Sobyanin bildirib.

O qeyd edib ki, səfərbərlik məntəqələri 17 oktyabr 2022-ci il saat 14:00-da bağlanır.

“Səfərbərlik zamanı yaşayış yerlərinə və müəssisələrə göndərilmiş çağırış vərəqələri qüvvəsini itirir”, – mer yazıb.

Rusiyada qismən səfərbərlik ölkə prezidenti Vladimir Putinin fərmanı ilə sentyabrın 21-dən elan edilib.

Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya üzrə 300 min nəfərin hərbi xidmətə göndərilməsi planlaşdırılır. Moskva və Moskva vilayətində çağırışçıların sayı məlum deyil.

Rusiya Prezidenti Vladimir Putin ötən həftə səfərbərliyin iki həftə ərzində tamamlanacağını bildirib.

Tacxeber.az

Oxşar xəbərlər

Naxçıvan – Bakı reysi ilə uçan təyyarədə oksigen maskaları açılıb

redaktor

ABŞ İrana görə Çinə sanksiya tətbiq etməyə hazırlaşır

admin

Qırğızıstan dağlarında 11 gün çarəsiz qalan alpinist qadın ərinin öldüyü yerdə vəfat etdi

redaktor