Dünya

İranın logistika dəhlizlərini dayandıracağıq – Ukrayna

İranın logistika dəhlizlərini dayandıracağıq – Ukrayna

Ukrayna hökuməti qonşu ölkələrdəki diplomatik kanallar vasitəsilə İran üçün bütün mövcud logistika dəhlizlərinin dayandırılması üzərində işləyir.

Tacxeber.az xəbər verir ki, bunu Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya deyib.

“Kamikadze dronları sayəsində Rusiya terrorçu mahiyyətini göstərdi. Bütün bunlar yalnız onların məğlubiyyətini sürətləndirir. Onlar heç vaxt başa düşmədilər ki, müharibədə terror qalib gəlmir. İrana gəlincə, biz artıq qonşu ölkələrdəki diplomatik kanallar vasitəsilə bütün mövcud logistika dəhlizlərini dayandırmaq üçün işləyirik”, – o bildirib.

Tacxeber.az

Oxşar xəbərlər

Bəşər Əsəd xalqa müraciətdən imtina etdi

redaktor

Seyidovdan ölkəmizin AŞPA-nı tərk etməsi ilə bağlı açıqlama

redaktor

Türk dünyasında nə baş verir? – Şahin Cəfərli

admin