29 C
Bakı
11 Avqust 2025 10:13
DünyaGündəm

Rusiyanın Kiyevi bombardman etməsi ilə bağlı cinayət işi açılacaq

Rusiyanın Kiyevi bombardman etməsi ilə bağlı cinayət işi açılacaq

Rusiyanın Kiyevi bombardman etməsi ilə bağlı cinayət işi açılacaq

Ukrayna Baş Prokurorluğu Rusiyanın bu həftə Kiyev və digər şəhərlərini bombardman etməsi ilə əlaqədar cinayət işi açacaq.

Tacxeber.azxəbər verir ki, bu barədə Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla birgə mətbuat konfransında Ukrayna baş prokuroru Andriy Kostin məlumat verib.

O, raket zərbələrini Rusiyanın “klassik terror aktı” adlandırıb.

Onun sözlərinə görə, Rusiya Ukraynaya 112-dən çox raket zərbəsi endirib. Zərbələr 17 nəfərin ölümünə və 93 nəfərin yaralanmasına səbəb olub.

“Rusiyanın qəsdən hücumlarının məqsədi mülki əhalinin ölümünə səbəb olmaq, mülki infrastrukturu məhv etmək, elektrik və istilik çatışmazlığı ilə humanitar fəlakətə səbəb olmaqdır”, – Kostin bildirib.

Onun sözlərinə görə, hər bir ölüm, yaralanma və ya zədələnmiş bina sənədləşdiriləcək və cinayət işi açılacaq.

Oxşar xəbərlər

Zelenski həmyerlilərimizi “İgidliyə görə” ordeni ilə TƏLTİF ETDİ

redaktor

Rusiya – FTX Duqinanın qatilinin görüntülərini yaydı – Video

admin

Cənubi Koreyada sabiq Prezidentin həbsinə ikinci cəhd göstəriləcək

redaktor