23 C
Bakı
02 İyul 2025 01:58
Dünya

Qarabağ erməniləri: Çox pis vəziyyətdəyik, həyat dayanıb

Qarabağ erməniləri: Çox pis vəziyyətdəyik, həyat dayanıb

“Qarabağda qalan ermənilərə iyul ayından 40.000 dram yardım verilməsi barədə qərar qəbul edilsə də, indiyədək həmin pul verilmir. Pulun bir qismi oktyabrda verilib. İyul ayının bir hissəsi, avqust, sentyabr və oktyabr aylarının pulu haqqında isə söhbət belə getmir. Məsələ Xankəndidə separatçılar qarşısında qaldırılsa da, deyirlər ki, pul yoxdur”.

Tacxeber.az xəbər verir ki, bunu Hadrutdan olan Artur Stepanyan keçirdikləri etiraz aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

“Biz çox pis vəziyyətdəyik. Qeyd edim ki, 6000 hadrutlu Ermənistanın hər yerinə yayılaraq pərakəndə vəziyyətdə yaşayır. Artıq vəziyyətin ağırlığından onların yarısı ölkəni tərk edib”, – Artur Stpanyan deyib.

Onun sözlərinə görə, hər gün eşidirlər ki, kiminsə evinin kirayəsi artırılıb, insanlar nə edəcəklərini bilmirlər.

“Hazırda Qarabağda da bütün tikinti işləri dayanıb. Səbəbini soruşanda da deyirlər ki, tikintini davam etdirməyə maliyyə  vəsaiti yoxdur”,- o əlavə edib.

Tacxeber.az

Oxşar xəbərlər

Kliçko: “Ukrayna sülh müqabilində heç bir ərazisini verməyəcək”

redaktor

Hərb tarixində İLK – Ukraynanın dəniz dronu Rusiyanın Su-30 hərbi təyyarəsini vurub.

admin

Bakı: 100 erməni meyiti əlimizdədir, verməyə hazırıq!

redaktor