21 C
Bakı
22 İyun 2025 22:22
Hadisə

Dəhşətli qəza: iki nəfər öldü, 40 min oğurlandı – Video

 

Dəhşətli qəza: iki nəfər öldü, 40 min oğurlandı – Video

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində KİA markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

***

Bakıda qəzaya düşən maşından 40 min dollar pul oğurlanıb.

Trend-in məlumatına görə, oktyabrın 8-də Sabunçu rayonu, Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Rənc Rover” və KİA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində KİA-da olan iki nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəza zamanı KİA-da 40 min dollar pul da olub. Hadisə baş verən vaxt kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov KİA-da olan pulu görüblər. Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb. Şübhəli şəxslər bu zaman KİA-nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəza edən şəxslərin yaxın qohumu kimi təqdim ediblər.

Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.

Oxşar xəbərlər

İmran Əliyev hava limanında saxlanıldı

redaktor

Həkim rəyi:”Gələn həftədə aclıgı davam etdirsə Tofiq Yagublunu itirəcəyik”

admin

Azərbaycanda sayt rəhbəri həbs edildi

redaktor