29 C
Bakı
11 Avqust 2025 17:20
Dünya

Rusiyalı spiker Zelenskini Ben Ladenə oxşatdı: “O terrorçudur“

Rusiyalı spiker Zelenskini Ben Ladenə oxşatdı: “O terrorçudur“

Rusiyalı spiker Zelenskini Ben Ladenə oxşatdı: “O terrorçudur“


Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukrayna prezidenti Volodimir Zelenskini beynəlxalq terrorçular sırasına daxil edib və onu Üsamə bin Ladenə bənzədib.

Tacxeber.az xəbər verir ki, bu barədəki şərhini o, “Telegram” kanalında dərc edib.

Volodinin fikrincə, hər ikisi terrorçudur və onlarla danışıqlar aparmaq mümkün deyil.

“Neonasist Kiyev rejimi artıq terrorçuya çevrilib. Zelenski rejimini dəstəkləyən Qərb siyasətçiləri terrora sponsorluq edirlər. Bununla bağlı bütün dünyada məlum olan qaydanı xatırlatmaq istərdim: terrorçularla danışıqlar aparmaq olmaz”, – deyə Volodin yazıb.

Dövlət Dumasının spikeri izah edib ki, Zelenskinin əmrlərindən ilk olaraq Ukrayna xalqı əziyyət çəkir. Volodinin sözlərinə görə, ukraynalılar, “əslində, prezidentin nasist siyasətinin girovlarıdır”.

Dumanın spikeri xatırladıb ki, Zelenskinin əmri ilə Zaporojye AES-in və Kurskun mühüm infrastrukturlarının bombalanması həyata keçirilir.

Bundan əlavə, Volodinin sözlərinə görə, Krım körpüsündə törədilən terror aktında Kiyev hakimiyyətinin əli var.

Tacxeber.az

Oxşar xəbərlər

Sorğu: Almanların 60%-dən çoxu ölkədə həyat şəraitinin pisləşdiyini düşünür

redaktor

Günahsız halda 10 il həbs yatdı, indi 38 milyon dollar təzminat alacaq…

redaktor

Cümşüdün batdığı kanal bu qurumun balansında olub – Rəsmi

redaktor