7 C
Bakı
26 Dekabr 2025 22:06
Dünya

Aqil Abbas: Yeni kadrlar inamı doğrultmur

Aqil Abbas: Yeni kadrlar inamı doğrultmur

Ağcabədidə 115 artezan quyusu var, amma heç biri işləmir. Cəmi 11 artezan quyusunun təmirinə maliyyə ayrılıb. Camaat mənə telefon açır, kəndə gedəndə deyirlər ki, problemi həll et. Mən də and içirəm ki, artezan quyusu qazdırmaq üçün maliyyəm yoxdur. Əhməd Əhmədzadənin zamanında belə problemlər olmurdu.

Tacxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Aqil Abbas deyib.

Deputat əlavə edib ki, belə problemlərin olması son nəticədə insanların Bakıya üz tutmasına səbəb olur:

“Anlayıram, su qıtlığı var. Ancaq bu məsələni həll etmək lazımdır. Əvvəllər yaponlar bir neçə quyu qazmışdı. İndi də mən Yaponiya səfirinə müraciət edim, çünki yeni kadrlar inamı doğrultmur”.

Deputat əlavə edib ki, Şəmkirdə də camaatın əkini yanır.

Spiker Sahibə Qafarova da deyib ki, belə problemlər mövcuddur.

Tacxeber.az

Oxşar xəbərlər

Böyük Britaniya Rusiya neftini satan azərbaycanlıların şirkətinə sanksiya qoyub

admin

Afrika ölkəsi Almaniyanı fillərlə hədələdi

redaktor

Berbokdan Ağ Evdə olanlara REAKSİYA: “Düşmən Kiyevdə, Brüsseldə deyil, Kremldədir”

redaktor